AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ
Bildiririk ki, 5 dekabr 2019-cu il tarixində Ağsu şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, ev 10 ünvanında qeydiyyatda olan, lakin hazırda Bakı şəhərində yaşayan Rəşad Firidun oğlu Cahangirov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri, M.Müşfiq küçəsi, 501-ci məhəllədə yerləşən inzibati binasının qarşısına gələrək özünü yandırmağa cəhd... 05 dekabr 2019-cu il
2 dekabr 2019-cu il tarixində Gürcüstan Daxili İşlər Nazirliyindən Qardabani rayonunda Azərbaycanla həmsərhəd ərazidə yerləşən Candargöl gölündə itkin düşən iki nəfər Gürcüstan vətəndaşının axtarışları üçün... 03 dekabr 2019-cu il
Noyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və nazirliyin aidiyyəti vəzifəli şəxsləri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov... 30 noyabr 2019-cu il
Bakı şəhərinin Nizami rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb...
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb...
Bakı şəhərinin Yasamal rayonunda "Opel" markalı minik avtomobilinin yanar hissələri yanıb...
Xidmətin fəaliyyəti haqqında
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi balansında olan dövlət əhəmiyyətli su anbarlarının etibarlı mühafizəsini təmin edən, ölkədə su anbarlarının texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, ölkə ərazisində yerüstü, yeraltı su ehtiyatlarının, su obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqlərini aparan və ölkə ərazisində su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsini həyata keçirən icra hakimiyyəti orqanıdır.
- balansında olan dövlət əhəmiyyətli su anbarlarının etibarlı mühafizəsinin təmin edilməsi ilə bağlı tədbirlər görmək;
- su obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin və dövlət əhəmiyyətli su anbarlarının monitorinqinin həyata keçirilməsində iştirak etmək;
- aidiyyəti qurumların iştirakı ilə ölkə ərazisində su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tədbirlər görmək;
Nazirliyin digər struktur bölmələri və müvafiq dövlət orqanları ilə birlikdə su obyektlərinin, hidrotexniki qurğuların və su təchizatı sistemlərinin fövqəladə hallardan qorunmasında, qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında iştirak etmək;
- aidiyyəti qurumların iştirakı ilə dövlət əhəmiyyətli su anbarlarının səmərəli istismarı ilə bağlı tədbirlər görmək;
- balansındakı su obyektlərini kompleks şəkildə idarə etmək, habelə hidrotexniki qurğuların və su təchizatı sistemlərinin səmərəli istismarını təmin etmək.
Dekabr 1960-cı ildə Naxçivan MR-nın Ordubad şəhərində anadan olub. Azərbaycan Neft və Kimya Institutunun Energetika fakültəsinin Mühəndis elektrik ixtisasını bitirib.
Ailəlidir. 2 övladı var.
İyul 1975-ci ildə Yardımlı rayonunun Köryədi kəndində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasının Geoloji kəşfiyyat fakültəsinin Dağ mühəndisliyi – Hidrogeologiya ixtisasını bitirib.
Ailəlidir. 3 övladı var.
Oktyabr 1987-ci ildə Bakı şəhərində anadan olub.
Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
İqtisad üzrə elmlər doktorudur.
Ailəlidir. 3 övladı var.