Geri

FHN tərəfindən qazi və şəhid ailəsi uzvlərinə psixoloji yardım davam etdiriləcək

Məlum olduğu kimi, Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə 2021-ci ildə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyə Respublikasından gəlmiş peşəkar psixoterapevtlər və FHN-in psixoloqlarının birgə iştirakı ilə ödənişsiz olaraq psixoloji yardım işi həyata keçirilib.

Bunun davamı olaraq, 5 sentyabr 2022-ci il tarixindən etibarən FHN-in dəvəti ilə qardaş Türkiyə Respublikasından yenidən 20 nəfərdən artıq peşəkar psixoloq ölkəmizdə olacaq. Türkiyəli mütəxəssislər FHN-in psixoloqları ilə birlikdə Bakı, Gəncə, Sumqayıt, Bərdə, Qəbələ və Lənkəran şəhərlərində psixoloji yardıma ehtiyacı olan insanların effektiv reabilitasiyasını həyata keçirəcəklər.

Vətən müharibəsi ilə əlaqədar psixoloji problemlər yaşayan vətəndaşlarımız ödənişsiz həyata keçirilən psixoterapevtik yardım üçün Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.

 

Digər məlumatlar

FHN “JW Marriott Absheron” otelində təlim keçirəcək

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Səbail rayonu, Azadlıq prospekti, 674 ünvanında yerləşən “JW Marriott Absheron” otelində “İctimai obyektlərdə baş vermiş yanğın hadisələrinin söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda 27 fevral 2024-cü il, saat 15:00 radələrində yanğın-taktiki təlim keçirəcək....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

Novruz çərşənbələrində yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti

Qarşıdan gələn və xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı ilə əlaqədar çərşənbə axşamlarında bir sıra mərasimlərin təşkili, o cümlədən tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması sonda acı fəsadlara yol açır. ...

Ardını oxu