AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

TİBB XİDMƏTİ

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Səbail rayonu, Azadlıq prospekti, 674 ünvanında yerləşən “JW Marriott Absheron” otelində “İctimai obyektlərdə baş vermiş yanğın hadisələrinin söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda 27 fevral 2024-cü il, saat 15:00 radələrində yanğın-taktiki təlim keçirəcək. 27 fevral 2024-ci il


Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. 27 fevral 2024-ci il


Qarşıdan gələn və xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı ilə əlaqədar çərşənbə axşamlarında bir sıra mərasimlərin təşkili, o cümlədən tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması sonda acı fəsadlara yol açır. 27 fevral 2024-ci il


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub...


Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində dörd halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub...


Ağcabədi rayonunda ümumi sahəsi 40 m² olan vaqon tipli evin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Ümumi məlumat


Tibb Xidməti Nazirliyin şəxsi heyətinə və onların ailə üzvlərinə müayinə, müalicə və reabilitasiya xidməti göstərən; şəxsi heyətinin tibbi ekspertizasının aparılmasını, hərbi qurumların komplektləşdirilməsində tibbi təminatı həyata keçirən; fəlakət zonalarında epidemioloji şəraitin proqnozlaşdırılmasını, kütləvi xəstəliklərin qarşısının alınmasının koordinasiyasını, xəsarət alanlara ilkin tibbi yardım göstərilməsini; sanitar-gigiyenik və əks-epidemik tədbirlərin aparılmasını, zəruri hallarda müxtəlif sahələr üzrə ixtisaslaşdırılmış tibbi ekspertizanı təşkil edən qurumdur.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


FHN Tibb Xidməti 2006-ci ilin fevral ayında fəaliyyətə başlayıb. Tibb Xidməti Nazirliyin şəxsi heyətinə və onların ailə üzvlərinə müayinə və müalicə xidmətlərini təşkil etməklə yanaşı, şəxsi heyətin tibbi ekspertizasının aparılmasını, fəlakət zonalarında epidemioloji şəraitinin proqnozlaşdırılmasını, kütləvi xəstəliklərin qarşısının alınmasının koordinasiyasını, sanitar-gigiyenik və əksepidemik tədbirlərin aparılmasını həyata keçirilir.

 

Önləyici tədbirlər

Müalicə-profilaktika şöbəsi tibb müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsini və koordinasiyasını həyata keçirir, eləcə də onların iş praktikasında yeni profilaktika, diaqnostika və müalicə üsüllarının tətbiq edilməsi üçün tədbirlər görür.

Nəticələrinin aradan qaldırılması

əhalinin fövqəladə hallardan qorunmasmda öz səlahiyyətləri daxilində iştirak etmək, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında Nazirliyin digər strukturları və müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə iştirak etmək;

Normativ tənzimləmə

Xidmətinin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafınm təmin edilməsi ilə bağlı Nazirliyə təkliflər vermək, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

Rəhbərlik haqqında məlumat


Salman İsrafil oğlu Məmmədov

Azərbaycan Respublikası FHN Tibb xidməti Tibb işləri üzrə rəis müavini, tibb xidməti polkovnikı.

05.05.1964-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olmuşdur.
1992-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişdir.
Ailəlidir. 2 övladı var.

 

 

Tale Nadir oğlu Əlirzayev

Azərbaycan Respublikası FHN Tibb xidməti rəisinin muavini, tibb xidməti mayoru.

25.07.1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuşdur.
2009-cu ildə Azərbaycan Tibb Universitetini bitirmişdir.
Ailəlidir. 3 övladı var.