AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

NÜVƏ VƏ RADİOLOJİ FƏALİYYƏTİN TƏNZİMLƏNMƏSİ ÜZRƏ DÖVLƏT AGENTLİYİ

Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə Bakı şəhəri, Suraxanı rayonunda yerləşən A.Muradov adına 84 nömrəli tam orta məktəbdə “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib. 17 aprel 2024-ci il


Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. 17 aprel 2024-ci il


Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. 17 aprel 2024-ci il


Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində üç halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub...


Gəncə şəhərində ümumi sahəsi 110 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektin yanar konstruksiyaları yanıb...


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub...

Ümumi məlumat


AR Prezidentinin 24 aprel 2008-ci il tarixli 746 N-li Fərmanı ilə respublikamızda nüvə və radioloji təhlükəsizlik sahəsində yaranan münasibətlərin nizamlanması, respublikamızın üzərinə düşən beynəlxalq öhdəliklərin lazımınca yerinə yetirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi təsis edilmiş və 3 aprel 2009-cu il tarixli 74 nömrəli Fərmanla Agentliyin Əsasnaməsi təsdiq edilmişdir. Dövlət Agentliyi əhalinin və ərazilərin nüvə və radiasiya təhlükəsizliyinin təmin olunmasında, nüvə və radioloji fəaliyyətin tənzimlənməsi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində 8 şöbə, bu şöbələrin nəzdində 9 sektor fəaliyyət göstərir.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi əhalinin və ərazilərin nüvə və radiasiya təhlükəsizliyinin təmin olunmasında, nüvə və radioloji fəaliyyətin tənzimlənməsi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

 
 

Vahid siyasət

Nüvə və radioloji fəaliyyət sahəsində vahid dövlət siyasətinin və tənzimlənməsinin hazırlanmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

 

Təhlükəsizliyin tənzimlənməsi

Nüvə və radioloji fəaliyyətin təhlükəsizliyinin tənzimlənməsi mexanizmini müəyyən edir. Nüvə və radioloji fəaliyyətin həyata keçirilməsinə və təhlükəsizliyinin təmin edilməsinə nəzarət edir. Nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində aşkar edilmiş pozuntulara qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görür;

 

Qanunvericilik

Nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində norma və qaydalara riayət olunmasına nəzarət edir. Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə də fəaliyyət göstərir.

 

Rentgen və kompüter-tomoqrafiya müayinələri ilə bağlı fəaliyyətlərə "xüsusi icazə" almış müəssisələrin siyahısı

Fiziki şəxslər üçün

Hüquqi şəxslər üçün

Xüsusi icazədə göstərilən fəaliyyət növlərinin həyata keçirilməsi ilə məşğul olan mütəxəssislərin SİYAHISI

Hüquqi şəxsin (müəssisənin/təşkilatın) və ya Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin malik olduğu rentgen aparatları (qurğuları) və digər ionlaşdırıcı şüalanma generatorları haqqında illik inventarizasiya məlumatları

Radiasiya təhlükəsizliyinin təmin edilməsi üzrə İstehsalat Nəzarəti Proqramı

Tibb müəssisələrində qəzaların qarşısının alınması və nəticələrinin ləğv edilməsi Proqramı

Hüquqi şəxsin (müəssisənin/təşkilatın) və ya Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin malik olduğu radioaktiv mənbələr və radioaktiv mənbəli avadanlıqlar (cihazlar, qurğular) haqqında İllik inventarizasiya məlumatları

Tibbi Rentgen Avadanlığının İstismarı Zamanı Radiasiya Təhlükəsizliyinin Təmin Olunmasına Dair Təlimat


İonlaşdırıcı şüalanma mənbələrinin Rentgen defektoskopiyası zamanı Təlimat

İonlaşdırıcı şüalanma mənbələrindən istifadə etməklə radionuklid və rentgen defektoskopiyası işləri həyata keçirilərkən
Radiasiya təhlükəsizliy
i

İonlaşdırıcı şüalanma mənbələrinin radionuklid defektoskopiyası işlərində istifadəsi zamanı radiasiya təhlükəsizliyinin təmin olunmasına dair


Yük və mallara nəzarət üçün rentgen qurğularını radiasiya təhlükəsizliyinə cavabdeh şəxsin vəzifə borcları və hüquqları

Yük və mallara nəzarət üçün rentgen cihazların istismarına Radiasiya təhlükəsizliyinin təmin edilməsi Proqramı


Şüalandırıcı nəzarət qurğularının istismarı zamanı radiasiya təhlükəsizliyinin təmin olunmasına dair Təlimat


Sənaye üzrə radiasiya təhlükəsizliyinə cavabdeh şəxsin vəzifələri və hüquqları


Radioaktiv materialların avtomobil nəqliyyatı ilə daşınması zamanı radiasiya təhlükəsizliyinin təmin olunmasına dair Təlimat


Radioizotop cihazlarından istifadə Radiasiya təhlükəsizliyinin təmin edilməsi Proqramı


Radioizotop cihazlarının istismarı zamanı radiasiya təhlükəsizliyinin təmin olunmasına dair Təlimat


Rentgen avadanlığının yerləşdirilməsi,inşası, istismarı və istismardan çıxarılması zamanı radiasiya təhlükəsizliyinin təmin olunmasına dair Təlimat


Rentgen Tibb üzrə radiasiya təhlükəsizliyinə cavabdeh şəxsin vəzifə borcları və hüquqları


Qamma və neytron qapalı ionlaşdırıcı şüalanma mənbələrindən (İŞM) istifadə etməklə geofiziki tədqiqat işləri həyata keçirilərkən Radiasiya təhlükəsizliyi


Quraşdırılma ilə məşğul olan radiasiya təhlükəsizliyinə cavabdeh şəxsin vəzifə borclarını və hüquqları


Radioaktiv materialların siyahısı

Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası

Nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsinə nəzarət üçün yoxlama suallarının siyahısı
  

Rəhbərlik haqqında məlumat


Əliyev Nicat Novruz oğlu

Azərbaycan Respublikası FHN Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi.

01.09.1986 tarixində Bakı şəhərində  anadan olub. Azərbaycan İqtisad Universitetinin Maliyyə Kredit fakultəsini bitirib.

Ailəlidir. 2 övladı var.

Əmiraslanov Xəzər Kamal oğlu

Azərbaycan Respublikası FHN Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini.

20.02.1974-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Texniki Universitetinin Robot-Texnikası fakultəsini və Azərbaycan İqtisad Universitetinin Maliyyə Kredit fakultəsini bitirib. 
Ailəlidir. 2 övladı var.

Quliyev Əkbər Əli oğlu

Azərbaycan Respublikası FHN Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini.

11.11.1973-cü ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Fizika fakultəsini bitirib. Fizika-riyaziyyat elmlər namizədidir.
Ailəlidir. 4 övladı var.